Azərbaycan Tibb Universitetinin (ATU) Elmi şurasının qərarına əsasən 2019-cu ilin mart ayının 1-dən etibarən universitetin bütün əməkdaşlarının əlavə əməkhaqqı məbləğinin 20% artırılması barədə qərar qəbul edilib.
Bizimaz.az: Universitetin mətbuat xitmətindən verilən məlumata görə, bundan əlavə universitetdə ingilis dilində dərs deyən müəllimlərin bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə imtahan keçirilib.
İmtahanda yüksək nəticə göstərən tam ştat işləyən müəllimlərin maaşlarına 120 AZN, yarım ştat işləyənlərə isə 60 AZN əlavə olunacağı haqqında qərar verilib.