Səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Nadir Zeynalov Səhiyyə Nazirliyi aparatının rəhbəri vəzifəsinə təyin olunub.
Bizimaz.az xəbər verir ki, bu barədə Unikal.org-a nazirlikdən məlumat verilib.
Qeyd edək ki, N.Zeynalov bu vəzifəyə kimi, Azərbaycan Tibb Universitetinin prorektoru vəzifəsində çalışıb.
Xatırladaq ki, bir neçə gün öncə Səhiyyə Nazirliyi Aparatının keçmiş rəhbəri Zəkiyyə Mustafayeva işdən çıxaraq, Qida Təhlükəsizliyi Agentliyində aparat rəhbəri təyin olunmuşdu.