Abşeron rayonunun və Sumqayıt şəhərinin internetlə təchizatında yaranmış problem aradan qaldırılıb.
Bizimaz.az :, Hazırda hər iki bölgəyə normal internet verilir.
Xatırladaq ki, internetin kəsilməsinə səbəb Azərbaycanın milli telekommunikasiya operatoru olan “Delta Telecom” şirkətinə məxsus fiber-optik kabelin zədələnməsi olub. 18 saatlıq axtarışdan sonra kabelin zədələndiyi yer bu gün saat 10:00-da müəyyən edilib.
Məlum olub ki, zədələnmə kabelin altından keçdiyi avtomobil yolunda baş verib. Bununla belə, havanın yağışlı, ərazinin palçıq olması təmir-bərpa işlərinin müddətini bir neçə saat uzadıb.
Gələcəkdə internetlə bağlı problemin yaranmaması üçün sabahdan ərazidə alternativ kabel xəttinin çəkilməsi qərara alınıb.