Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” 2020-ci il 29 avqust tarixli 312 nömrəli Qərarında dəyişiklik edib.
Son günlər Bakıda və digər şəhərlərdə avtomobilinə şəhid hərbçilərimizin şəkillərini vuran sürücülər DYP əməkdaşları tərəfindən saxlanılmağa başlanılıb.
Dövlət İmtahan Mərkəzinə daxil olan müraciətlərdən görünür ki, abituriyentləri ötən illərdə ali təhsil müəssisələrinin ayrı-ayrı ixtisaslarına müsabiqə zamanı formalaşmış keçid balları da maraqlandırır. Bu da təbiidir, çünki keçid balları ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə müəyyən mənada oriyentir rolunu oynayır.
“Builki imtahanlarda I qrupda 600 baldan yuxarı nəticə göstərənlərin sayı 607 nəfər (keçən il 553) olub ki, bu da iştirakçıların 2,15%-ni təşkil edib. II qrupda 404 nəfər (keçən il 215), III qrupda 550 (keçən il 604), IV qrupda isə 353 nəfər (keçən il 378) olub”.
“Azəriqaz” İstehsalat Birliyi qaz sayğaclarının idarə edilməsində işin səmərəliliyini təmin etmək üçün yeni layihənin həyata keçirilməsini planlaşdırır.
Bu gündən ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.