Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” 2020-ci il 29 avqust tarixli 312 nömrəli Qərarında dəyişiklik edib.
Bizimaz.az xəbər verir ki, dəyişikliyə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində təhsil oktyabrın 1-dən başlayacaq.
Qərara əlavə olunan yeni bəndə əsasən, ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində tədris sentyabrın 15-dən başlayacaq.
Qərar 2020-ci il noyabrın 2-dək qüvvədədir.
Axar.az