Bu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 649,7 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Sənədlər və müraciətlərlə iş departamentinin müdiri vəzifəsinə təyinat olub.
Bakıda metronun fəaliyyət göstərmədiyi 72 gün ərzində müntəzəm və ekspres xətlər üzrə ümumilikdə 72. 500. 000-dən artıq sərnişin səfər sayı qeydə alınıb.