“Summativ testlərin əyani formada keçirilməsini planlaşdırırıq. Pandemiya ilə bağlı mövcud vəziyyət qiymətləndirildikdən sonra prosesin məktəb çərçivəsində həyata keçirilməsinə çalışacağıq”.
“Şuşa şəhərinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı təsdiqlənən tədbirlər planına uyğun olaraq ərazidə ilkin mərhələdə magistral su kəmərinin bir hissəsinin tikintisinə başlamışıq”.
“Keçən il işğaldan azad edilən Hadrut qəsəbəsində olan hərbçilərimizin su təchizatında müəyyən problemlər yaranmışdı. Lakin ötən ilin 10 noyabr tarixində imzalanan üçtərəfli sazişdən sonra “Azərsu” Asc-nin mütəxəssisləri ərazidəki vəziyyəti qiymətləndirmək üçün Hadruta ezam olundu”.