“Summativ testlərin əyani formada keçirilməsini planlaşdırırıq. Pandemiya ilə bağlı mövcud vəziyyət qiymətləndirildikdən sonra prosesin məktəb çərçivəsində həyata keçirilməsinə çalışacağıq”.
Bizimaz.az bildirir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsi üzərindən pandemiya dövründə tədrisin təşkili, müəllimlərin işə qəbulu və yerdəyişməsi, 1-ci sinfə qəbul və təhsil haqqı ödənişlərində sosial paketlərlə bağlı suallara cavab verərkən deyib.
Nazir bildirib ki, kiçik və böyük summativ qiymətləndirmələr birləşdiriləcək:
“Cari ilin sonunda şagirdlərə daha az yük düşməsi şərti ilə bir dəfə qiymətləndirilmə həyata keçiriləcək. Nəticə olaraq yarım il qiymətinin çıxarılması planlaşdırılır”.
Oxu.Az