Xəbər lenti

 

“Şuşa şəhərinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı təsdiqlənən tədbirlər planına uyğun olaraq ərazidə ilkin mərhələdə magistral su kəmərinin bir hissəsinin tikintisinə başlamışıq”. 

 

Bizimaz.az bildirir ki, bu sözləri Oxu.Az-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. O bildirib ki, Zəfər yolunun keçdiyi ərazilər və Şuşa şəhərinin girişində elektrik yarımstansiyasının tikintisi ilə əlaqədar işlərin yubanmaması üçün həmin ərazidə təxirəsalınmaz tədbirlər görülür: 

“Tədbirlər planına Şuşanı su ilə təmin edən Kiçik Kirs və Zarslı mənbələrində yenidənqurma işlərinin aparılması, Şuşa şəhərini qidalandıran işğaldan əvvəl tikilmiş 10 km uzunluğunda Kiçik Kirs-Şuşa su xəttinin tamamilə yenidən çəkilməsi, suqəbuledici kameranın, Şuşa şəhərində 6 km-lik paylayıcı şəbəkənin yenidən qurulması və həcmi 500 kubmetr olan üç su anbarının tikintisi daxildir. Bütün bu işlərin görülməsi üçün  vəsait də ayrılıb”.

A.Cəbrayıllı onu da əlavə edib ki, tədbirlər planına daxil olacaq işlər bu il ərzində icra olunacaq:

“Növbəti mərhələdə Şuşa şəhərinin təsdiqlənəcək Baş Planına uyğun olaraq işlər görüləcək. Bura şəhərin digər ərazilərini əhatə edəcək paylayıcı şəbəkələrin yenidən qurulması, Şuşa şəhərində həm içməli, həm də tullantı su təmizləyici qurğuların tikintisi daxildir. Hazırda Şuşa ərazisinə Kiçik Kirs və Zarslıdan ayrı-ayrılıqda su xətləri daxil olur. Yeni layihədə su qəbuledici kameralar yenidən qurulacaq, bu mənbələr bir biri ilə əlaqələndiriləcək. Beləliklə hər iki kəmərdən su həmin kameraya yönləndiriləcək, buradan isə bir kəmərlə Şuşa şəhərinə veriləcək”.

21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov