Xəbər lenti



UNEC-in nəzdində Sosial-İqtisadi Kollecində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümümü ilə bağlı onlayn tədbir kecirilmişdir. Tədbirdə Kollecin rəhbər heyəti ilə yanaşı müəllim və tələbələr də iştirak etmişdilər. 
Tədbiri giriş sözü ilə açan kollecin direktoru, pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov cıxışında Ulu Öndərin keçdiyi şərəfli ömür yolundan, titanik fəaliyyətindən, onun layiqli davamçısı, Ali Baş Komandan cənab Prezident İlham Əliyevin dahi şəxsiyyətin siyasi kursunun həyata keçirilməsi, ölkəmizin daha da inkişaf etməsi  istiqamətində reallaşdırılan layihələrdən bəhs etmişdir. 

Kollecin tədris işləri üzrə direktor müavini Sabir Süleymanov cıxışında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyətindən, istər Sovetlər birliyi dönəmində, istərsə də müstəqillik əldə etdikdən sonra ölkəmiz üçün misilsiz xidmətlərindən ətraflı danışmışdır.

Kollecin metodisti Sveta Behbudova Ümummuilli Liderin respublikaya rəhbərliyi dövründə ölkəmizin bütün sahələrində böyük inkişafa nail olmasından söhbət açmışdır. 

Tədbirdə Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr edilmiş tələbələr arasında kecirilən rəsm, inşa və şeir müsabiqəsinin qalibləri və digər mükafatcıların  adları acıqlanmışdır. 






İnşa müsabiqəsinə birinci yerə 118-ci qrupdan  Mirzəyeva Diana, ikinci yerə 451-ci qrupdan Nağıyeva Nazirə və 320-ci qrupdan Cənnətov Asif, üçüncü yerə isə 577 qrupdan Ağaşov Nicat və  Abbasova Qənirə layiq görülmüşdülər.Rəsm müsabiqəsinə təqdim olunan nominasiyala üzrə  birinci yerə 451-ci qrupdan Quliyeva Aytən, ikinci yerə 320-ci qrupdan Nəcəfova Nuranə, üçüncü yerə isə 575 –ci qrupdan  Tahirov Elnur, şeir müsabiqəsində birinci yerə 576-cı qrupdan Mirzoyeva Elmira, ikinci yerə 705-ci qrupdan Novruzova Fatimə, üçüncü yerə isə 576 qrupdan Səfərova Aysu və450-ci qrupdan  İbrahimova Gülnar layiq görülmüşdülər. 

Daha sonra Kollecin tələbələri Əliyeva Samirə və Nağıeva Nazirə Ümummilli Liderin həyat və fəaliyyəti haqqında çıxış etmiş və ona həsr edilmiş şeirlər söyləmişdilrər.

 

İnformasiya şöbəsi

Yoluxanların sayı azaldı
 

Azərbaycanda bu gün koronavirus infeksiyasına 844 yeni yoluxma faktı qeydə alınıb, 2057 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov