BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə II Beynəlxalq Çay Günü ilə əlaqədar onlayn konfrans keçirilib. Konfransda çay istehsalı ilə məşğul olan aparıcı ölkələrin kənd təsərrüfatı nazirləri, aqrar sahədə fəaliyyət göstərən ekspert və mütəxəssislər iştirak edib. Tədbirdə Azərbaycanı kənd təsərrüfatı naziri İnam Kərimov təmsil edib.