“Gələn ildən “Xudafərin” və “Qız Qalası” su anbarlarının istifadəyə verilməsi planlaşdırılır”.
Bizimaz.az bildirir ki, bunu Oxu.Az-a açılamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.
Onun sözlərinə görə, hər iki anbar tikilib, istifadəyə hazır vəziyyətdədir:
“Növbəti il anbarların su ilə doldurulması təmin olunacaq. Hər iki anbar Araz çayı üzərində və İranla sərhəddə yerləşdiyi üçün Azərbaycan və İran tərəfindən birlikdə istifadə olunacaq”.
O qeyd edib ki, hər iki dövlət üçün anbarlarda suyun bölgüsü bərabər olacaq.