Bakı metrosu əvvəlki qaydalarla fəaliyyət göstərməyəcək.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bunu ARB-24-ün “Nə baş verir?” verilişinə açıqlamasında millət vəkili Soltan Məmmədov deyib. O bildirib ki, metroya daxil olan insanların sayının tənzimlənməsi ilə onun fəaliyyətinə icazə verilə bilər:
“Gündəlik 400 nəfərin yoluxması az rəqəm deyil. Bu o demək deyil ki, artıq virus yoxdur və qadağaları aradan qaldıra bilərik. Metrolarda havalandırma sistemi mərkəzləndirilmiş olur. Ona görə də epidemioloqlar qeyd edirlər ki, bu məkanda yoluxma riski var. Düşünürəm ki, insanların metroya daxil olma sayını tənzimləməklə onu idarə etmək olar. Sevindirici haldır ki, Operativ Qərargah bu məsələnin üzərində işləyir. Bakı Nəqliyyat Agentliyi də yenə bütün imkanlarından istifadə edir ki, yerüstü nəqliyyatı inkişaf etdirsin və sıxlıq aradan qaldırılsın. Çünki insanların metrolarda sıx toplanması xoşagəlməz hadisələrə gətirib çıxara bilər.