“İşğaldan azad edilmiş ərazilərdə fauna və floraya dəymiş ziyanın müəyyənləşdirilməsinə başlanılıb”.
Bizimaz.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.
Onun sözlərinə görə, Azərbaycan torpaqlarının 30 illik işğal müddətində fauna və floraya ciddi ziyan dəyib:
“Hətta işğal dövründə “Qırmızı kitab”a düşmüş növlərə də ciddi ziyan dəyib. Çoxillik ağaclar yandırılıb, kökləri məhv edilib, heyvanların yaşayış yeri olan meşələrə ziyan dəyib”.
O qeyd edib ki, hazırda bu məsələlər araşdırılır.