Xəbər lenti

 

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Sabunçu rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


“Report”un məlumatına görə, işə hakim Telman Hüseynovun sədrliyi ilə baxılıb.

Jurnalistlər zala proses başladıqdan 40 dəqiqə sonra buraxılıb.

Buna qədər prokuror ittiham aktını elan edib və Fəqan Əhmədov ifadə verib.

Daha sonra şahidlər dindirilib. Mərhum Pərvanə Əhmədovanın atası Süleyman Quliyev ifadəsində bildirib ki, nikah dövründə qızı və kürəkəni arasında hər hansı problem olmayıb:

“Fəqanla Pərvanə 2006-cı ildən evlidir. Bu hadisə “bədbəxt hadisədir”. Mən bir ata kimi Fəqanı bağışlayıram. Məhkəmədən xahiş edirəm ki, Fəqan Əhmədov bağışlansın. Həyat yoldaşım və mən yaşlı adamlarıq, səhhətimizdə də problemlər var. Biz 3 uşaqa baxacaq gücdə deyilik. Uşaqlara Fəqan daha yaxşı baxa bilər”.

Daha sonra mərhumun anası Mətanət Quliyeva ifadə verib. O da qızının Fəqan Əhmədovla yaxşı münasibətləri olduğunu deyib:

“Hadisədən bir az əvvəl, axşam saat 10-da qızımla danışdıq. Qızım mənimlə gülə-gülə danışdı. Bir az sonra hadisə baş verib. Fəqan mənə böyük oğul kimi olub. Heç vaxt ailələrində söz-söhbət, problem olmayıb. Onun bağışlanmasını xahiş edirəm. Heç kim istəməz ki, ailəsində belə bədbxət hadisə baş versin. Mən onu bağışlayıram, günahsız olduğunu bilirəm”.

Fəqan Əhmədovanın anası Səmayə Əhmədova da məhkəmədə dindirilib. S.Əhmədova deyib ki, gəlini həyalı, abırlı xanım olub:

“Pərvanə mənə gəlin yox, qızım kimi olub. 4 ilə yaxın bir evdə yaşamışıq. Aramızda heç bir problem olmayıb. Oğlumla yaxşı yola gediblər. Hadisə günü Fəqan mənə zəng elədi. Dedi ki, “ana, gəl uşaqların başında dur”. Kiçik oğluma zəng elədim. Dedim ki, Fəqan zəng edib, belə deyir. Sonra oğlum zəng edib dedi ki, bağa getməliyik. Oğlumla bağa gedəndə gördüm ki, həyətdə polislər var. Polisləri görəndə bildim ki, nəsə faciə olub. Sonra da Pərvanənin atasıgilə xəbər verdim. Əgər mən bilsəm ki, Fəqan hansısa bir səbəbə görə Pərvanəni qəsdən öldürüb, mən bir ana kimi onu bağışlamaram. Amma bu bədbəxt hadisədir”.

Daha sonra F.Əhmədovun qardaşı və dayısı da eyni məzmunda ifadə verib. Onlar Fəqangillə daimi gediş-gəlişləri olduğunu, cütlük arasında ciddi problem yaşanmadığını bildiriblər və hadisəni “bədbəxt hadisə” kimi gördüklərini deyiblər.

Hakim Telman Hüseynov növbəti şahid kimi Fəqan Əhmədovun 14 yaşlı oğlunun ifadə verməsini istəyib. Lakin F.Əhmədov məhkəmədən xahiş edib ki, oğlu prosesdə dindirilməsin:

“Oğlum keçid dövrünü yaşayır. İstintaqda 8 saat dindirilib. Psixoloji gərginlik yaşayıb. Vəkilim onu psixoloq yanına aparıb. Onun bu proseslərdən kənar qalmasını istəyirəm. Məhkəmədən bu xahişimi nəzərə almasını istəyirəm”.

F.Əhmədovun vəkilləri bu xahiş əsasında vəsatət veriblər. Məhkəmə vəsatəti baxılmamış saxlayıb və Fəqan Əhmədovun oğlu prosesdə dindirilməyib.

Son olaraq təqsirləndirilən şəxsin qonşusu Əşrəf Hüseynov ifadə verib:

“Hadisə günü bizim həyətdə yeyib içdik. 700 qramlıq araq almışdıq. Axşam saat 9 radələrində Fəqan evlərinə getdi. Bizdən təxminən 200 metr aralıda qalır. Sonra mən yatdım. Səhəri günü eşitmişəm ki, belə bir hadisə baş verib”.

Növbəti iclas sentyabrın 16-a təyin olunub.

Qeyd edək ki, Bakı sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun 2021-ci il mayın 30-da saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fəqan Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov