Xəbər lenti

Rusiya Prezidenti Vladimir Putin nəinki Vladimir Zelenskini Ukraynanın prezidenti seçilməsi münasibətilə təbrik etdi, ona ilk böyük zərbəsini də vurdu.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya Prezidenti Vladimir Putinin qondarma Donetsk və Luqansk “xalq respublikaları”nın sakinlərinə Rusiya vətəndaşlığının asanlaşdırılmış qaydada verilməsi haqqında qərarını şərh edərkən deyib. O bildirib ki, bu addım Donbasın Ukraynadan qoparılması prosesini sürətləndirməyə xidmət edir:

“Rusiya prezidentinin fərmanı ilə Donetskdə və Luqanskda separatçıların nəzarət etdiyi bölgələrdə yaşayan insanlara Rusiya vətəndaşlığı veriləcək. Bu o deməkdir ki, Kreml Donbası Ukraynadan qoparmaq prosesini sürətləndirir. Separatçıların nəzarət etdiyi bölgələrdə yaşayanların böyük əksəriyyəti Rusiya pasportlarına yiyələnəcəklər. Çünki Rusiya pasportlarını daşıyan donbaslılar daha çox maaş və pensiyaya ümid edirlər. Kreml hətta nə vaxtsa hipotetik olaraq Donbası Ukrayna ərazisi kimi tanısa da, orada yaşayanlar coğrafi ərazi kimi Ukraynada olsalar da, vətəndaş olaraq Rusiyaya tabe olacaqlar, çünki ciblərində Rusiya pasportu daşıyacaqlar. Bir sözlə, Rusiya rəsmən Donbasın işğalına başlayıb".

İlham Əliyev Si Cinpinlə görüşdü - FOTO
 

Aprelin 24-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin görüşü olub.

Rusiyadan ABŞ-a GÖZDAĞI: 130 qırıcı, 10 gəmi Aralıq dənizində...
 

ABŞ Hərbi Donanmasına aid “Abraham Linkoln” və “Con C. Stennis” qırıcı təyyarə daşıyan gəmiləri qrupu 23 aprel tarixində Aralıq dənizində orta təlimlərə start verib.

Ardını oxu...

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının konfransına qatılmaq üçün bu ölkəyə səfər edib.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov