Xəbər lenti

Vaşinqtonda türk və Azərbaycan icmalarının etiraz nümayişi keçirildi - FOTO
 

Aprelin 24-də Vaşinqtonda və ABŞ-ın bir sıra digər şəhərlərində ermənilərin qondarma “erməni soyqırımı”nın 104-cü ildönümü ilə bağlı nümayişi olub.

 

Bizimaz.az Azərtac-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın 1915-ci il hadisələrinə həsr olunmuş ənənəvi nitqində “soyqırımı” sözünü işlətməsinə nail ola bilməyən erməni lobbisi Türkiyənin Vaşinqtondakı səfirinin iqamətgahının qarşısında kütləvi şou təşkil ediblər.

Vaşinqtonun erməni icması üzvlərinin və erməni lobbiçilərinin təqribən 60 təmsilçisi Türkiyənin diplomatik nümayəndəliyi qarşısına toplaşıb.

Türk və Azərbaycan icmalarının nümayəndələri küçənin digər tərəfinə toplaşaraq, ermənilərin yalançı təbliğatını ifşa edən və erməni dəstələrinin Birinci Dünya müharibəsi illərində dinc türklərə, həmçinin Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalı zamanı Azərbaycan vətəndaşlarına qarşı törətdikləri cinayətlər, 1970-80-ci illərdə türk diplomatları və türk vətəndaşlarına qarşı reallaşdırdıqları terror aktları haqqında Amerika ictimaiyyətini məlumatlandıran etiraz nümayişi keçiriblər.

Tədbirin əsas “mövzusu” “erməni soyqırımının xatirə günü” olsa da, erməni icmasının şüarlarının çoxunu məhz ərazi iddiaları ilə bağlı “Muş Ermənistandır”, “Şərqi Türkiyə Qərbi Ermənistandır”, “Biz öz torpaqlarımızı və təzminatlar tələb edirik!” kimi çağırışlar təşkil edib. Bu, erməni lobbisinin əsl məqsədinin Türkiyənin ərazisinin bir hissəsini Ermənistana güzəştə getməyə və təzminat şəklində pul ödəməyə məcbur etmək istəyi olduğunu bir daha təsdiqləyir.

Türk və Azərbaycan icmalarının nümayəndələri əllərində Xocalı qırğını haqqında faktların təqdim edildiyi, BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən dörd qətnaməsinin yerinə yetirilməsi çağırışları olan və erməni terrorunu pisləyən plakatlar tutublar.

Etiraz nümayişi zamanı vətənpərvərlik mövzusunda türk və Azərbaycan mahnıları, aksiyanın sonunda isə Türkiyə və Azərbaycanın dövlət himnləri səslənib.

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov