Xəbər lenti



Ombudsman Səbinə Əliyeva Qaradağlı faciəsinin 30-cu ildönümü ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.

Ombudsman Aparatından “Qafqazinfo”ya verilən məlumata görə, çağırışda deyilir:

“Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi Qaradağlı soyqırımından 30 il ötür. 1992-ci il fevralın 17-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndinə hərbi təcavüz etməklə mülki əhaliyə qarşı soyqırım cinayəti törədib.

Bu qanlı cinayət nəticəsində Qaradağlı kəndi işğal olunaraq yandırılmış, 118 nəfər dinc sakin girov götürülmüş və onlardan 68 nəfəri amansızcasına qətlə yetirilib.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin azərbaycanlılara qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin davamı, Azərbaycan xalqına bəslədiyi nifrətin ifadəsi olan Qaradağlı soyqırımına beynəlxalq qurumlar tərəfindən hüquqi qiymət verilməli, sülh və bəşəriyyət əleyhinə yönəlmiş bu cinayət əməlini törədənlər beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməlidirlər”.



“Bəziləri deyir ki, vaxtilə Ramiz Mehdiyevin yanında olanlar indi onun əleyhinə danışır. Ramiz Mehdiyevin ayrı siyasi partiyası olmayıb ki!”

 

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Kamal Cəfərov Milli Elmlər Akademiyasının rəhbəri Ramiz Mehdiyev haqda fikrini bildirərkən deyib. 

“Zamanında ona edilən diqqət də məhz cənab Prezidentin Aparatının rəhbəri olduğu üçün olub. İndi isə səhv ardına səhv edir. Bu səhvi isə sıradan bir insan yox, uzun müddət PA rəhbəri işləmiş şəxs edir. Özünün də qeyd etdiyi kimi, insan təbiəti naqisdir! 

YAP İdarə Heyətinin üzvü kimi hesab edirəm ki, onun sonuncu cavabından sonra onu YAP sıralarından da uzaqlaşdırmaq olar. Keçmiş xidmət və fəaliyyət heç kimi məsuliyyətdən azad etmir”, -deyə K. Cəfərov qeyd edib. 



Prezident İlham Əliyev Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar və "Baykar Savunma" şirkətinin baş direktoru Haluk Bayraktarı qəbul edib.

 

Bu barədə S.Bayraktar Tvitter hesabında paylaşım edib.

“Xoş qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımızı bildiririk.

“Qalib gələnlər səbir edənlərdir”, - o qeyd edib.


 

 











Prezident İlham Əliyevin rəhbərliyi ilə 4 fevral 2022-ci il tarixində Bakı şəhərində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilmişdir. Toplantıda Prezident İlham Əliyev çıxış etmiş və Cənub Qaz Dəhlizi layihəsinin müstəsna əhəmiyyətindən danışmışdır.

 

Ümumiyyətlə, son 18 ildə möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada enerji və kommunikasiya təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfələr verir. Prezident İlham Əliyevin təşəbbüsü və ölkəmizin müəllifliyi ilə nəhəng transmilli energetika layihələri həyata keçirilmiş, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi kimi enerji təhlükəsizliyində mühüm rol oynayan nəhəng layihələr Avropanın enerji xəritəsini dəyişdirmişdir. Cənub Qaz Dəhlizinin uğurla tamamlanması bütün iştirakçı dövlətlərin nailiyyətidir. 2020-ci ilin 31 dekabr tarixində Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi tamamlanmışdır. Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biridir. Onun dəyəri 33 milyard ABŞ dollarıdır. 

Cənub Qaz Dəhlizi qlobal beynəlxalq əhəmiyyət kəsb etməklə Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunu müstəsna edib və ölkəmizin Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətlərini tamamilə yeni formata keçirib. Bu formatın Azərbaycanın milli maraqlarına tam uyğun olması birmənalıdır. Prezident İlham Əliyevin  toplantıda etdiyi çıxışında bildirdiyi kimi, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artırıb.

XXI əsrin ən böyük infrastruktur layihələrindən biri olan və 3500 km uzunluğu olan bu layihənin son komponenti - Trans-Adriatik xəttinin işə salınması ilə Azərbaycan qazı Avropa məkanına çatdırılır. Azərbaycan qazı artıq Avropa İttifaqının üç ölkəsinə - İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılır. Gələcəkdə Azərbaycan istehsal etdiyi qazın ixrac coğrafiyasını Avropa İttifaqının digər üzv ölkələrinə genişləndirmək niyyətindədir.

Həmçinin Azərbaycanın təşəbbüsü ilə qlobal əhəmiyyət daşıyan transnəqliyyat, kommunikasiya layihələri reallaşdırılmış, Avropanı Asiya ilə birləşdirən “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması təmin edilmiş, Azərbaycan dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşulmuşdur. Həyata keçirilən qlobal layihələr nəticəsində Azərbaycan Avrasiyanın nəqliyyat habına çevrilmişdir.

Beləliklə, Prezident İlham Əliyevin təşəbbüsü və ölkəmizin müəllifliyi ilə həyata keçirilən nəhəng enerji və nəqliyyat layihələri dövlətimizin güclənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə geniş imkanlar yaratmaqla yanaşı, daha geniş bir coğrafiyada əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verir və Azərbaycan bu sahədə də güclü aktyor rolunu məharətlə icra edir.

 

 

 

Muxtar Əmrahov,

Salyan Regional Qaz İstismarı İdarəsinin

Salyan Xidməti Sahəsinin böyük mühəndisi



NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycanın 8 hərbçini Ermənistana qaytarmasına münasibət bildirib. O, rəsmi Bakının bu addımını müsbət qiymətləndirib. Bu barədə X.Kolomina tviter səhifəsində yazıb.

"Doğrudan da, yaxşı xəbərdir. NATO həm Ermənistan, həm də Azərbaycan ilə tərəfdaşlığı yüksək qiymətləndirir və onların münasibətlərinin normallaşmasına tərəfdardır ki, bu da regionda sabitliyin və rifahın artmasına töhfə verəcək". 

Qeyd edək ki, Azərbaycan humanizm prinsipini rəhbər tutaraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov