“Bəziləri deyir ki, vaxtilə Ramiz Mehdiyevin yanında olanlar indi onun əleyhinə danışır. Ramiz Mehdiyevin ayrı siyasi partiyası olmayıb ki!”
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Kamal Cəfərov Milli Elmlər Akademiyasının rəhbəri Ramiz Mehdiyev haqda fikrini bildirərkən deyib.
“Zamanında ona edilən diqqət də məhz cənab Prezidentin Aparatının rəhbəri olduğu üçün olub. İndi isə səhv ardına səhv edir. Bu səhvi isə sıradan bir insan yox, uzun müddət PA rəhbəri işləmiş şəxs edir. Özünün də qeyd etdiyi kimi, insan təbiəti naqisdir!
YAP İdarə Heyətinin üzvü kimi hesab edirəm ki, onun sonuncu cavabından sonra onu YAP sıralarından da uzaqlaşdırmaq olar. Keçmiş xidmət və fəaliyyət heç kimi məsuliyyətdən azad etmir”, -deyə K. Cəfərov qeyd edib.