“Biz yaxın vaxtlarda İran, Azərbaycan və Türkiyə rəsmilərinin Tehran şəhərində baş tutacaq görüşünə şahidlik edəcəyik”.
Bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə yerli və xarici ölkədən olan jurnalistlər üçün keçirilən mətbuat konfransında deyib.
Lakin İran XİN-nin sözçüsü üç ölkə rəsmisinin bir araya gələcəyi dəqiq tarixi açıqlamayıb.
“Görüşün ən yaxın vaxtda baş tutmasına çalışırıq”, – deyə Səid Xətibzadə bildirib.
Səib Xətibzadəyə Rəcəb Tayyib Ərdoğanın Tehrana səfərinin vaxtı ilə bağlı da sual ünvanlanıb.
İran XİN rəsmisi bəyan edib ki, Türkiyə Prezidentinin səfəri gündəmdə saxlanılır, lakin onun dəqiq tarixi hələ müəyyən edilməyib.
Mənbə: İsna.ir