İstanbulda təşkil olunan və dördüncüsü keçirilən IV Etnospor Mədəniyyət Festivalının açılışı olub. 16 ölkənin qatıldığı tədbirin açılış günündə ölkəmizi Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və Rəqs Ansamblı 50 nəfərlik heyətlə təmsil edib.
Bu gün Park Sinemada Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin, Avropa İttifaqının üzv dövlətlərin səfirliklərinin dəstəyi ilə 10-cu Avropa Film Festivalı öz fəaliyyətinə başlayıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 1-də Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusufla görüşüb.