Xəbər lenti



Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Mikayıl Müşfiqin yeni abidəsi qoyulub. 
 
Qaradağ Rayon İcra Hakimiyyətindən  bildirilib ki, təqribən 30 il bundan əvvəl beton pyedestal üzərində gipsdən qoyulmuş büst yararsız vəziyyətə düşdüyünə, müasir tələblərə cavab vermədiyinə, üz cizgilərinin şairin görünüşünü ifadə etmədiyinə görə onun əvəzinə yeni abidənin hazırlanıb qoyulması Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən qərara alınıb.
 
Abidənin yenisi ilə əvəz olunması barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə müraciət olunub və müsbət cavab alınıb. Qaradağ Rayon İcra Hakimiyyətinin sifarişi ilə abidə hazırlanıb.
 
Sentyabr ayının 30-da ağ mərmərdən yonulmuş müasir tələblərə cavab verən büst qırmızı mərmərlə üzlənmiş pyedestal üstünə qoyulub. 
 
Yaxın günlərdə yeni qoyulmuş abidənin açılış mərasimi keçiriləcək.
 
Qeyd edək ki, Mikayıl Müşfiqin Qaradağ rayonu ərazisindəki büstü traktorla aşırılıb. Həmin görüntülər sosial şəbəkədə narazılığa səbəb olub.
 

 istinad

 
 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov