Xəbər lenti


 

İstanbulda təşkil olunan və dördüncüsü keçirilən IV Etnospor Mədəniyyət Festivalının açılışı olub. 16 ölkənin qatıldığı tədbirin açılış günündə ölkəmizi Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və Rəqs Ansamblı 50 nəfərlik heyətlə təmsil edib.

 

Oxu.Az xəbər verir ki, maddi-mədəni sərvətlərimiz sayılan ecazkar gözəlliyə malik Azərbaycan kəlağayısı və heyrətamiz xüsusiyyətləri ilə seçilən Qarabağ atları ilə, “Bir millət, iki dövlət” şüarı ilə “Azərbaycan kəlağayısı və Qarabağ atları” adlı şou-kompozisiya qonaqlar tərəfindən xüsusi zövqlə izlənilib.

Dünya Etnospor Konfederasiyasının prezidenti cənab Bilal Erdoğan tədbiri ziyarət edib. Qarabağ atlarının çıxışını izləyib. Şoudan sonra cənab Bilal Erdoğan Azərbaycan nümayəndə heyəti ilə görüşüb və ölkəmiz haqqında xoş təəsüratlarını, Qarabağ atlarının Türkiyə ərazisində ilk dəfə məhz bu tədbirdə çıxışından məmnunluğunu bildirib. Şouda Türkiyənin siyasi xadimləri ilə yanaşı, bir çox tanınmış simaları da iştirak edib.

Dünyanın müxtəlif ölkələrindən çoxlu sayda tamaşaçının izlədiyi və müxtəlif xalqların etnik mədəniyyətlərinin nümayiş olunacağı tədbir dörd gün davam edəcək. 

Festival çərçivəsində oxatma, yağlı güləş, at yarışları da daxil olmaqla 12 ənənəvi idman növü üzrə yarışlar keçiriləcək. Dörd gün ərzində bir milyondan artıq insanın Atatürk Hava Limanı ərazisində təşkil olunan tədbirləri izləmək üçün iştirakı gözlənilir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov