Bu gün Park Sinemada Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin, Avropa İttifaqının üzv dövlətlərin səfirliklərinin dəstəyi ilə 10-cu Avropa Film Festivalı öz fəaliyyətinə başlayıb.
Kult.az xəbər verir ki, tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, insanların Avropa filmləri və mədəniyyəti ilə maraqlanması onlar üçün böyük mükafatdır. Bu bizim birimizi tanımaq və əməkdaşlıq qurmaq üçün cox gözel yoldur: "Mən hər kəsə və xüsusilə də səfirliklərə bu işdə töhfə verdikləri üçün təşəkkür edirəm. Bu Macar filmi olduguna görə Macar səfiri bütün alqışlara layiqdir", deyə səfir bildirib.
Daha sonra "Azərbaycanfilm" Kinostudiyasının direktoru Cəmil Quliyev bildirib ki, Bakida 10-cu dəfə Avropa film festivalının keçirilməsi Festival hərəkatının inkişafı demekdir: "Hər bir festival hər bir ölkənin mədəniyyətinə öz töhfəsini verir. Mən Mədəniyyət Nazirliyi adından təşkilatçilarına öz təşəkkürümü çatdırıram".
Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi çıxış edərək məhz macar filminin ilk olaraq təqdim olunmasından qürur duyduğunu bildirib: "Bizim filmimiz bəşəriyyətin ən böyük fəlakəti olan Holokost barədədir. Bu barədə bir çox film çəkilsə də ancaq bu filmdə yeni metodlardan və yanaşmalardan istifadə olunmuşdur. Məhz bu yanaşma sayəsində Oskar mükafatına layiq görülmüşdür ", deyə sefir bildirib.
Daha sonra Macarıstan istehsalı olan "Saulun oğlu " filmi nümayiş olunub.