Xəbər lenti

Rusiyalı ulduzlar Azərbaycanın Xalq artistini təriflədilər - VİDEO
 56

Rusiyanın məşhur ifaçısı Alsu Kseniya Sobçaka müsahibəsində Xalq artisti Brilliant Dadaşovanı tərifləyib.

BAKU.WS xəbər verir ki, ifaçı həyat yoldaşı Yan Abramoviçin ona evlilik təklifindən söz açarkən bunları deyib:

"Cibindən üzük çıxartdı və evlilik təklifi etdi. Dedi ki, üzüyü qəbul etsən, həyatım boyu yanımda olacaqsan, qulaq asdığım mahnılara qulaq asacaqsan. Çünki Yan Bakıda böyüyüb, xalq mahnılarını dinləyirdi. Həmin mahnılara konsertdə qulaq asmaq olur, maşında çətindir. O dinləyəndə, əsəbiləşirdim. Ona görə də bu sözü vurğuladı. İndi mən də xalq mahnılarını sevirəm. Hətta onları dinləməyi, oxumağı, rəqs etməyi də bacarıram.

Sevdiyim ifaçılardan biri də Brilliant Dadaşovadır. Ona böyük hörmətim var".

Sobçak B.Dadaşovanın mahnısını internetdən taparaq səsləndirib. Alsu və aparıcı Azərbaycan rəqsini etməyə başlayıblar.

BAKU.WS
VİDEO


Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət-yaradıcılıq Mərkəzinə Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi Nailə Mirməmmədli direktor təyin olunub.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov