Xəbər lenti

 

Xalq artistləri Röya Ayxan və Miri Yusif sayca üçüncü duet layihələrini tamaşaçıların ixtiyarına veriblər.

 

Bizimaz.az: Oxu.Az xəbər verir ki, sevilən məşhurlar musiqisi və sözləri Jay Huna məxsus “Sevgilim” adlı yeni bəstələrini ekranlaşdırıblar.

Röya ilə Miri bunun üçün rejissor Fərhad Əliyə müraciət ediblər. Ekran işi Qəbələnin Laza kəndində bir gündə lentə alınıb.

Layihənin baş prodüserləri Vüsal Rzazadə və Emin Əfəndi, icraçı prodüseri Cavid Əhmədovdur. Klip bir neçə saat öncə Röyanın rəsmi “Youtube” kanalında yayımlanıb.

Qeyd edək ki, Xalq artisti Röya Ayxanın başı konsert hazırlıqlarına qarışıb. Belə ki, mart ayının 7, 8 və 9-da “Congress Centre Hall”da sənətçi canlı solo konsert proqramı ilə çıxış edəcək.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov