Xəbər lenti



Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət-yaradıcılıq Mərkəzinə Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi Nailə Mirməmmədli direktor təyin olunub.

 

Bizimaz.az: Universitetdən Kult.az-a verilən məlumata görə, Mərkəz tələbələrin sosial fəallığının artırılması, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılıb.

Eyni zamanda mədəni-kütləvi tədbirlərdə iştirakı təmin etmək üçün yaradılan Mərkəzin bazasında qızlardan və oğlanlardan ibarət İnstrumental və Rəqs ansamblı, eyni zamanda, ölkə festivallarında, milli bayramlarda, respublikadan kənarda keçirilən tədbirlərə qatılmaq üçün universitet tələbələrindən ibarət qrupların təşkili işinin həyata keçirilməsi nəzərdə tutulub.

Mərkəz həmçinin ölkələrarası mədəni münasibətlərin genişlənməsinə, Azərbaycanın zəngin mədəniyyətinin təbliği istiqamətində kütləvi tədbirlərin keçirilməsində mühüm işləri həyata keçirmək məqsədilə fəaliyyətə göstərəcək.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov