Xəbər lenti

 

Bakı metrosunun “28 May” stansiyasının çıxışı - Cəfər Cabbarlının heykəlinin ətrafı hasara alınıb. Ərazidə təmir işlərin aparılır.

 

Bizimaz.az: Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün Oxu.Az “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlayıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-ın sorğusuna cavab olaraq ərazidə görülən işlərin metropoliten əməkdaşları tərəfindən aparıldığını təsdiqləyib.

Onun sözlərinə görə, ərazinin hasara alınmasında məqsəd tunellərdə havalandırma məsələsinin daha da yaxşılaşdırılmasıdır:

“Ərazidə işlərin aparılması üçün Bakı Şəhər İcra Hakimiyyətindən müvafiq icazə alınıb. İcazə əsasında metropoliten əməkdaşları tərəfindən “28 May” metrostansiyasının çıxışında yerləşən Cəfər Cabbarlı heykəlinin ətrafı hasarlanıb.

Görülən işlərin birinci səbəbi tunellərdə havalandırmanın keyfiyyətini daha da artırmaq, ikinci bir səbəb isə tunellərin konstruksiyasını ətraf mühitin təsirindən daha da yaxşı qorumaqdır. İşlər yekunlaşdıqdan sonra ərazinin estetik görünüşünə görə orada köşk qoyulacaq”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov