Xəbər lenti

 

2020-ci il həm dünya, həm də Azərbaycan üçün mürəkkəb çağırışlarla dolu bir il oldu. Bütün ölkələrdə iqtisadi artımın zəifləməsi və mənfi zonaya keçməsi gücləndi. Bu proses Azərbaycana da təsirsiz ötüşmədi.

 

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Postpandemiya dövründə vergi sistemi” ilə bağlı keçirilən konfransda deyib.

Onun sözlərinə görə, 2020-ci ilin nəticələrinə görə ÜDM 4,3 faiz azalıb və dünya enerji bazarlarında yaranmış vəziyyət, enerji resursları üzrə ixrac payı yüksək olan ölkələrin iqtisadiyyatı müəyyən təzyiqlərə məruz qalıb:

“Azərbaycan OPEK+ razılaşması çərçivəsində neft hasilatını azaltmaq öhdəliyi götürüb və bu öhdəliyin yerinə yetirilməsi bəlli iqtisadi itkilər hesabına başa gəlib. Hökumət bu iqtisadi itkiləri nəzərə alıb. Əsas vəzifəsini biznesi və iqtisadi subyektləri itkilərdən qorumaq siyasəti və alətlərini tətbiq etməklə iqtisadiyyatda ciddi tənəzzülə yol verməmək kimi təyin edib. Bu məqsədlə 2020-ci il ərzində dövlət başçısının müvafiq sərəncamına əsasən milli iqtisadiyyata və sahibkarlıq subyektlərinə geniş miqyaslı dövlət dəstəyi göstərildi”.  

Nazir qeyd edib ki, ötən il ərzində sahibkarlara 358 milyon manatdan çox birbaşa maliyyə dəstəyi göstərilib, 115 milyon manat həcmində vergi güzəştləri paketi təqdim edilib. Həmçinin 115 milyon manata yaxın dövlət zəmanətli kredit ayrılıb, toplam kredit portfeli 250 milyon manat dan çox olan mövcud kreditlər üzrə 33 milyon manat faiz subsidiyası verilib:

“Bir sıra digər dəstək tədbirləri göstərildi. Bu tədbirlərin nəticəsində pandemiyanın ilkin təsirləri qismən neytrallaşsa da iqtisadi fəallığın uzun müddətli məcburi daraldılması biznes üçün ciddi itkilər yaradıb. Pandemiyanın təsirlərinin aradan qaldırılması, iqtisadi fəallığın bərpa edilməsi, kiçik və orta biznesin yenidən orta-aktiv fəaliyyətə qaytarılması qarşımızda duran əsas vəzifələrdən biridir”.

10 Fevral 2025 Bu şəxslərin maaşına vergi güzəştləri edilir
06 Yanvar 2025 ƏDV yığanlara şad xəbər - Yeni sektor əlavə edildi
27 Dekabr 2024 Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqlədi
05 Dekabr 2024 Bitkoinin qiyməti 100 min dolları keçdi
02 Aprel 2024 "Piramida Reklam” MMC “İSO 9001:2020” sertifikatı ilə təltif olundu
30 İyul 2023 SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi
29 İyun 2023 Kamaləddin Qafarov: “ Namərd hücumu qətiyyətlə pisləyirik!”
06 Fevral 2023 Macarıstanla strateji tərəfdaşlıq möhkəmlənir
05 Yanvar 2023 Minimum əmək pensiyasının məbləği 280 manata çatacaq
30 Dekabr 2022 Vergi Məcəlləsində dəyişikliklər edildi
26 Dekabr 2022 47 ticarət müəssisəsində pozuntular aşkarlandı
09 Dekabr 2022 Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib
05 Dekabr 2022 Baş Nazir ƏDV-dən azad olunan texnikaların siyahısını təsdiq etdi
16 Noyabr 2022 Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər
04 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 12 milyon manat ayırdı
03 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı
19 Oktyabr 2022 Şükürbəyli-Cəbrayıl yolu AÇILDI
17 Oktyabr 2022 Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli – TƏHLİL
19 Sentyabr 2022 ELM VƏ TƏHSİL POTENSİALININ İNKİŞAFINA DƏSTƏK MƏQSƏDİLƏ YENİ LAYİHƏYƏ START VERİLDİ.
12 Sentyabr 2022 Ötən il mehmanxanalarda 1 milyona yaxın qonaq yerləşdirilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov