|
|
AİA.Az xəbər verir ki, “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi “ İctimai Birliyi tərəfindən 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Elmi platformaların inkişafı üzrə yol xəritəsi: nailiyyətlər, problemlər və perspektivlər” adlı layihəsinə qeydiyyat başladı.
Müasir dövrdə davamlı elmi inkişafın təmin olunmasında əsas vəzifələrdən biri beynəlxalq elmi informasiya məkanına inteqrasiya olmaqdır.Aparılan elmi-tədqiqatlar, innovasiya fəaliyyətinin sürətlə inkişaf etməsi və bu tədqiqatlara olan istinadlar, araşdırmaların qlobal təsirə malik olduğunun göstəricisidir. Azərbaycanda elm və təhsilin keyfiyyətini artırmaq və elmi nəticələri dünyaya çatdırmaqda dəstək vermək layihənin əsas məqsədidir.
Layihə çərçivəsində təşkil ediləcək tədbirlər Azərbaycanda dərc edilən elmi jurnalların, elmi-tədqiqat işlərinin beynəlxalq standartlara uyğun formada hazırlanması, Azərbaycanın xarici elmi dairələrdə daha da uğurlu təqdimatına kömək edəcəkdir.
Layihə fəaliyyətlərinin həyata keçirilməsi üçün artıq layihə işçiləri, beynəlxalq və yerli mütəxəssislər, eləcə də könüllülər müəyyən edilmiş və avqust ayının 30-da, “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin ofisində layihənin icrasına cəlb edilmiş şəxslərin Planlama görüşü keçirilmişdir. Görüşdə layihə rəhbəri, “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi ” İctimai Birliyinin sədri Xəyalə Məmmədova, layihə əməkdaşı Pərvanə Xıdırova, layihənin icrasına cəlb edilmiş mütəxəssislərdən Rima Məmmədova , Umar Mir, Kəmalə Qəhrəmanova, Nadir Hüseynbəyov, Vüsal Bəxtiyarov, Ümid Məmmədzadə və digər şəxslər iştirak etmişdirlər. Görüş zamanı nəzərdə tutulan layihə fəaliyyətlərinin planlaması və layihə mövzusu üzrə prioritet istiqamətlər müəyyən edilmişdir.
Konfransda;
• Elmin inkişafında elmmetriyanın rolu ,
• Müasir texnologiyaların tətbiqi qaydaları,
• Elmi-tədqiqat məqalələrinin konseptual və nəzəri cəhətdən strukturlaşdırılması,
• Elmi-tədqiqat nəticələrinin nəşrə hazırlanması qaydaları,
• Beynəlxalq təcrübədə elmi -tədqiqatlarda etika və problemlərin araşdırılması,
• Tədqiqat qrantlarının elmi məhsuldarlığa təsiri və.s mövzular haqqında təlimlər keçiriləcəkdir.
Təşkil olunacaq beynəlxalq elmi-praktiki konfrans Bakı Dövlət Universitetinin əsas korpusunda baş tutacaq.
İki günlük təşkil konfransda iştirak ödənişsizdir.
Konfransda iştirak edən şəxslərə sertifikat təqdim ediləcəkdir.
Layihə barədə əlavə məlumat almaq üçün layihə əməkdaşı Pərvanə Xıdırovaya aşağıdakı elektron poçt vasitəsilə müraciət edə bilərsiniz: gcarcp.union.az@gmail.com