Xəbər lenti



İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyində icraçı direktor vəzifəsinə təyinat olub.

Ardını oxu...




Azərbaycan Rəşt-Astara dəmir yolu layihəsinin icrasına 500 milyon dollarlıq investisiya qoymaqla, bu layihədə 50 faizlik paya malik olacaq.

Azərtac xəbər verir ki, bu sözləri İranın yol və şəhərsalma nazirinin müavini Əsğər Fəxriyə Kaşan deyib.

O bildirib ki, Rəşt-Astara dəmir yolu layihəsinin icrası ilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsi istifadəyə hazır vəziyyətə gətirilmiş olacaq və bu marşrutdan istifadə edərək, Hindistan və Çin öz məhsullarını Mərkəzi Asiya, Azərbaycan, Rusiya və Avropaya nəql edə biləcək.

Nazir müavini həmçinin qeyd edib ki, Rəşt-Astara dəmir yolunun istifadəyə verilməsi ilə İranın cənubundan yüklərin Avropaya göndərilməsi də xeyli asanlaşacaq və ölkənin valyuta gəlirləri artacaq.

Ə.F.Kaşan İtaliya, Rusiya və Çin şirkətlərinin də Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu layihəsinə investisiya yatırmaq istəklərini bildirib.



Ləğv olunmuş "DəmirBank" ASC tərəfindən "Azərbaycan İpoteka Fondu" ASC-nin vəsaiti hesabına verilən ipoteka kreditlərinə xidmətin həyata keçirilməsinin mümkün olmaması səbəbindən bankla bağlanmış Xidmət müqaviləsinin şərtlərinə əsasən bankda xidmət olunan ipoteka kreditləri portfeli 2017-ci il dekabrın 27-dən "Muğanbank" ASC, "Günay Bank" ASC, "Rabitəbank" ASC və "NBC Bank" ASC-yə ötürülüb.

Azərbaycan İpoteka Fondundan Trend-ə verilən məlumata görə, xidmət üçün ötürülən portfelin həcmi 37,2 mln.manatdır (1170 borcalan).

Hazırda portfelin ötürülməsi prosesi tam başa çatıb və qeyd olunan müvəkkil banklar tərəfindən xidmətə başlanılması ilə bağlı zəruri işlər tamamlanıb.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarına əsasən "DəmirBank" ASC-nin lisenziyası dekabrın 23-dən etibarən ləğv edilib.




Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun Sabunçu, Maştağa və Suraxanı rayonunun Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov