Xəbər lenti



Avropa İnvestisiya Bankı Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisinə 1,5 milyard avro həcmində kreditin ayrılmasını təsdiq edib.

 

Qərar bankın Direktorlar Şurası tərəfindən verilib. 

Bankın vitse-prezidenti Endryu MakDouvel bildirib ki, TAP layihəsi Avropada qaz istehsalının azalmasının qarşısını alacaq. 

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur.

TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq.

Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan – 550 kilometr, Albaniya – 215 kilometr, Adriatik dənizi – 105 kilometr, İtaliya – 8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə - 37 düym).

Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

Qeyd edək ki, layihənin ümumi dəyəri 4,5 milyard avro təşkil edir.

02 Aprel 2024 "Piramida Reklam” MMC “İSO 9001:2020” sertifikatı ilə təltif olundu
30 İyul 2023 SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi
29 İyun 2023 Kamaləddin Qafarov: “ Namərd hücumu qətiyyətlə pisləyirik!”
06 Fevral 2023 Macarıstanla strateji tərəfdaşlıq möhkəmlənir
05 Yanvar 2023 Minimum əmək pensiyasının məbləği 280 manata çatacaq
30 Dekabr 2022 Vergi Məcəlləsində dəyişikliklər edildi
26 Dekabr 2022 47 ticarət müəssisəsində pozuntular aşkarlandı
09 Dekabr 2022 Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib
05 Dekabr 2022 Baş Nazir ƏDV-dən azad olunan texnikaların siyahısını təsdiq etdi
16 Noyabr 2022 Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər
04 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 12 milyon manat ayırdı
03 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı
19 Oktyabr 2022 Şükürbəyli-Cəbrayıl yolu AÇILDI
17 Oktyabr 2022 Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli – TƏHLİL
19 Sentyabr 2022 ELM VƏ TƏHSİL POTENSİALININ İNKİŞAFINA DƏSTƏK MƏQSƏDİLƏ YENİ LAYİHƏYƏ START VERİLDİ.
12 Sentyabr 2022 Ötən il mehmanxanalarda 1 milyona yaxın qonaq yerləşdirilib
31 Avqust 2022 Neftimizin qiyməti 102 dolları ÖTDÜ
26 Avqust 2022 “Azərenerji” Laçın şəhərində, Zabux və Sus kəndlərində fəaliyyətə başladı - Video
24 Avqust 2022 Nazirlər Kabineti "Aİ-92" benzinilə bağlı qərarı dəyişdi
11 Avqust 2022 Bakıda beynəlxalq taxıl ticarət konfransı keçiriləcək
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov