"Azərbaycan prezidentinin siyasəti nəticəsində Ermənistan nəinki nəqliyyat layihələrindən, ümumiyyətlə regionda aparılan bütün layihələrdən təcrid edilib”.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bunu Çin səfəri ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan prezidenti
İlham Əliyevin apardığı siyasət Ermənistanı bütün regional layihələrindən kənarlaşdırıb:
“Şübhəsiz ki, Azərbaycanın bu inkişafını görən Ermənistan əhalisi öz rəhbərlərindən soruşacaqlar ki, niyə Azərbaycan bu cür sürətlə inkişaf edir? Belə halda təbii ki, Ermənistan cəmiyyətinin aqressiyası ölkəni idarə edən şəxslərə yönəlir".
Nazir qeyd edib ki, bu cür təcrid olunmalar nəticəsində Ermənistanın olmayan iqtisadiyyatı daha da böhran vəziyyətinə düşür.