Xəbər lenti



Azərbaycan Respublikasının Gömrük Xidmətinin missiyası mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, respublikamızın suverenliyini, iqtisadi və milli təhlükəsizliyini, habelə ölkəəhalisinin sağlamlığını qorumaqdan, beynəlxalq aləmdə mövcud olan qabaqcıl təcrübələrdən bəhrələnməklə xalqımızın sosial rifahının yüksəldilməsindən, beynəlxalq ticarətin asanlaşdırılmasından, eyni zamanda təhlükəsizliyin təmin olunmasından, məmur-vətəndaş təmasının minimuma endirilməsindən, gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsindən, elecə də gömrük sahəsində hüquqpozmalara və beynəlxalq terrorizmə qarşı mübarizə aparmaqdan ibarətdir.

Dövlət Gömrük Komitəsi gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi altında bu missiyanın öhdəsindən ləyaqətlə gəlir. Xidmətin fəaliyyəti təqdir olunan struktur vahidlərindən biri də  gömrük xidməti general-mayoru Vəzir Həsənovun rəhbərlik etdiyi Sumqayıt Gömrük Baş İdarəsidir. Sumqayıt şəhəri, eləcə də Qobustan, Xızı və Abşeron rayonlarında ünsiyyətdə olduğumuz sahibkarlar apardıqları idxal-ixrac əməliyyatlarının gömrük rəsmiləşdirilməsilə əlaqədar Sumqayıt Gömrük Baş İdarəsində yaradılan şəraitdən razılıqlarını bildirib, yüklərin rəsmiləşdirilməsinin vaxtında və qanunauyğun şəkildə aparıldığını qeyd ediblər. Eyni zamanda, idxal-ixrac əməliyyatlarının həyata keçirilməsində gömrük rəsmiləşdirilməsi üzrə mütərəqqi metodların tətbiqinin, o cümlədən, bütün əməliyyatların elektron qaydada aparılmasının vaxt itkisinin aradan qaldırılmasına müsbət təsirini vurğulayıblar.

İdarədə idxal əməliyyatları üzrə gömrük prosedurlarının tətbiq olunmasında, gömrük dəyərinin və gömrük ödənişlərinin müəyyənləşdirilməsində, eləcə də gömrük rəsmiləşdirilməsi zamanı müddətlərin gözlənilməsində kənarlaşma hallarına yol verilməməsinə çalışılır, idxal-ixrac əməliyyatları çərçivəsində həyata keçirilən xidmətlərə və hüquqi hərəkətlərə görə bəyannaməçilərdən tutulan gömrük yığımlarına yalnız qanunvericiliklə müəyyən edilən halda əlavə dəyər vergisi tətbiq edilir.

Sumqayıt Gömrük Baş İdarəsində həmçinin gömrük rəsmiləşdirilməsinin daha səmərəli təşkili üçün sahibkarların təklifləri dinlənilir, həmin təkliflərin öz həllini tapması və həyata keçirilməsi üçün müvafiq tədbirlər görülür. Eləcə də sahibkarlara idxal etdikləri yüklərin rəsmiləşdirilməsi üçün gömrük ödənişlərinin ödənilməsində möhlət verilməsi və bu kimi digər məsələlər üzrə müvafiq qanunvericiliyin tələblərinə dair izahatlar verilir.

Sumqayıt Gömrük Baş İdarəsində həmçinin gömrük rəsmiləşdirilməsinin daha səmərəli təşkili üçün sahibkarların təklifləri dinlənilir, həmin təkliflərin öz həllini tapması və həyata keçirilməsi üçün müvafiq tədbirlər görülür. Eləcə də sahibkarlara idxal etdikləri yüklərin rəsmiləşdirilməsi üçün gömrük ödənişlərinin ödənilməsində möhlət verilməsi və bu kimi digər məsələlər üzrə müvafiq qanunvericiliyin tələblərinə dair izahatlar verilir.

 Zaur Vəliyev

02 Aprel 2024 "Piramida Reklam” MMC “İSO 9001:2020” sertifikatı ilə təltif olundu
30 İyul 2023 SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi
29 İyun 2023 Kamaləddin Qafarov: “ Namərd hücumu qətiyyətlə pisləyirik!”
06 Fevral 2023 Macarıstanla strateji tərəfdaşlıq möhkəmlənir
05 Yanvar 2023 Minimum əmək pensiyasının məbləği 280 manata çatacaq
30 Dekabr 2022 Vergi Məcəlləsində dəyişikliklər edildi
26 Dekabr 2022 47 ticarət müəssisəsində pozuntular aşkarlandı
09 Dekabr 2022 Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib
05 Dekabr 2022 Baş Nazir ƏDV-dən azad olunan texnikaların siyahısını təsdiq etdi
16 Noyabr 2022 Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər
04 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 12 milyon manat ayırdı
03 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı
19 Oktyabr 2022 Şükürbəyli-Cəbrayıl yolu AÇILDI
17 Oktyabr 2022 Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli – TƏHLİL
19 Sentyabr 2022 ELM VƏ TƏHSİL POTENSİALININ İNKİŞAFINA DƏSTƏK MƏQSƏDİLƏ YENİ LAYİHƏYƏ START VERİLDİ.
12 Sentyabr 2022 Ötən il mehmanxanalarda 1 milyona yaxın qonaq yerləşdirilib
31 Avqust 2022 Neftimizin qiyməti 102 dolları ÖTDÜ
26 Avqust 2022 “Azərenerji” Laçın şəhərində, Zabux və Sus kəndlərində fəaliyyətə başladı - Video
24 Avqust 2022 Nazirlər Kabineti "Aİ-92" benzinilə bağlı qərarı dəyişdi
11 Avqust 2022 Bakıda beynəlxalq taxıl ticarət konfransı keçiriləcək
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov