Azərbaycanda kredit faizləri niyə bu qədər yüksəkdir və Mərkəzi Bankın uçot dərəcəsini azaltması belə bu bazara təsir etmir? Ötən il yarımda Azərbaycanda uçot dərəcəsi 15 faizdən 9,25 faizədək düşüb, ancaq kreditlərin qiyməti yenə də “at belindədir”.
2019-cu il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı, ilkin məlumatlara əsasən, ötən illə müqayisədə 1,6 faiz artaraq 1 milyon 548,9 min nəfər olub.
Prezident İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Fevralın 9-da Hacıqabul Sənaye Məhəlləsində Azərmaş ASC şirkətinin Rusiya Federasiyasının “Qaz Qrup” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulub.
2019-cu ilin yanvar ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin yanvar ayına nisbətən 1,7 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,4 faiz bahalaşıb
"Globalpetrolprices" saytı dünyada benzinin ən ucuz satıldığı ölkələrin siyahısını açıqlayıb. Saytın məlumatına görə, dünyada benzinin qiyməti orta hesabla 1.09 dollardır.
2018-ci ildə özünüməşğulluq proqramına cəlb olunmuş ailələrdən 7267-si biznes planlarını uğurla müdafiə edib ki, bu da 2017-ci illə müqayisədə, 6,5 dəfə çoxdur. Bütövlükdə beş mindən çox ailə aktivlərlə təmin olunub.