Xəbər lenti

 

 

  Problemli kreditlərlə bağlı Apellyasiya Komitəsi yaradılacaq. Komitədə müvafiq dövlət strukturlarının, bankların, eləcə də cəmiyyət nümayəndələrinin iştirakı planlaşdırılıb. 

Məlumatı Oxu.Az-a Maliyyə Bazarlarına Nəzarət Palatası da təsdiqləyib.

Palatadan aldığımız məlumata görə, məqsəd prosesin həyata keçirilməsi zamanı yarana biləcək hər hansı narazılıqların obyektiv şəkildə həllinə nail olmaqdır.

Qeyd edək ki, fərman 800 000 nəfəri əhatə edir və iş prosesində də ola bilsin ki, cüzi problemlər yaransın. Bu halda hər bir şəxsin apellyasiya hüququ olacaq. Əgər nəzərə alsaq ki, bu gün problemli kreditlərlə bağlı kredit tarixçəsi olan minlərlə insan banklardan çıxarış alıblar.

Kompensasiya ya restrukturizasiya ilə bağlı qeyd edilən məbləğlə özünün əldə etdiyi hesabdan çıxarışla uzlaşma vaxtı hansısa suallar yarana bilər. O suallarla əlaqədar araşdırmanı məhz xüsusi Apellyasiya Komitəsi aparacaq.

Müraciət əsasında vətəndaşın suallarına cavab veriləcək, qeyd olunan məbləğin düzgün hesablanıb-hesablanmadığı, arada nəsə fərqlər varsa, ona da aydınlıq gətiriləcək.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi monitorinqlər aparılır. Aparılan monitorinqlər zamanı bəzi sahibkarların idxal olunan və ölkədə istehsal olunan yumurtaların qutuları üzərindəki istehsal tarixlərini dəyişdirməsi halları aşkar olunub. Eyni zamanda məlum olub ki, bəzi sahibkarlar xaricdən idxal olunan yumurtaları yerli müəssisələrin qutularına yerləşdirilərək “yerli yumurta” adı altında satışa çıxarır. Aşkar olunan faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov