Xəbər lenti



Azərbaycanda kredit faizləri niyə bu qədər yüksəkdir və Mərkəzi Bankın uçot dərəcəsini azaltması belə bu bazara təsir etmir? Ötən il yarımda Azərbaycanda uçot dərəcəsi 15 faizdən 9,25 faizədək düşüb, ancaq kreditlərin qiyməti yenə də “at belindədir”.   

 

Bizimaz.az bildirir ki, Mərkəzi Bank sədri Elman Rüstəmov açıqlamasında bunun səbəblərinin dərin və müxtəlif olduğunu, eyni zamanda, yalnız Mərkəzi Bankda, pul bazarında deyil, digər sahələrdə də ciddi islahatlar tələb edildiyini vurğulayıb.

“Mərkəzin Bankın ölkə banklarında kredit portfelinin həcmi təxminən 400 milyon manatdır. Bu həcm bank aktivlərində çox kiçik bir rəqəmdir. Heç bir Mərkəzi Bank bu resurslarla bazarlara təsir göstərmir. Məkəzi Bankın təsir gücü müəyyən etdiyi uçot dərəcəsinin bankların bir-birinə verdiyi pulun dəyərinə, onun qiymətinə təsiridir. Bunu yaratmaq üçün çox ciddi şərtlərin olması lazımdır.

Bu, təkcə Mərkəzi Bankda, pul bazarında yox, digər sahələrdə də ciddi islahatlar tələb edir. Hesab edirəm ki, yaxın bir neçə il ərzində biz bu təsir gücünü yarada biləcəyik. Bu isə ona gətirib çıxaracaq ki, biz bütün dünyada qəbul edilən inflyasiyanın alternativ təsir lövbərini yaradacağıq. Bu lövbər imkan verəcək ki, inflyasiyaya manatın təsirini yumşaldaq. Bu istiqamətdə çox ciddi işlər görürük”.  

Azərbaycanda uçot dərəcəsinin kredit və depozit bazarına hazırkı təsirinə gəlincə, ölkənin baş bankiri bildirib ki, depozit dərəcələrinə müəyyən qədər təsir göstərir və burada qismən dinamika var, amma kredit faizlərinə təsir mexanizmi çox zəifdir.

“Səbəblərdən biri də Azərbaycanda mütəşəkkül banklararası bazarın olmamasıdır. Bu isə bütövlükdə qısamüddətli pulun dəyərini müəyyənləşdirməyə imkan vermir ki, onun vasitəsilə kredit faizlərinə təsir göstərə bilək. Bu istiqamətdə ciddi islahat proqramı hazırlanır. Bu isə nəticə olaraq Mərkəzi Bankın uçot dərəcəsinin təsir imkanlarının güclənməsinə gətirib çıxaracaq”.

E.Rüstəmov bildirib ki, hazırda banklarda yüksək likvidlik problemi var və bankların əksəriyyəti Mərkəzi Bankdan kredit almır, əksinə, aldığı krediti geri qaytarır.

Qeyd edək ki, hazırda bankların aktivlərində kredit portfelinin payı 30-40 faizi keçmir. Burada istehlak kreditlərinin həcminin yüksək olduğunu nəzərə alsaq, biznes kreditlərinin faizinin çox cüzi olduğunu görərik. Banklar kredit verməkdə maraqlı deyillər, çünki xüsusən biznes kreditləri üzrə ölkədə risklər yüksəkdir. Bunu bankların Mərkəzi Bankın qiymətli kağızlarını almaq və faiz qazancı əldə etmək cəhdlərinin yüksək olması da təsdiqləyir.

Elman Rüstəmovun sözlərinə görə, bankların manatla not almaq təklifi onların tələbini dəfələrlə üstələyir. 

02 Aprel 2024 "Piramida Reklam” MMC “İSO 9001:2020” sertifikatı ilə təltif olundu
30 İyul 2023 SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi
29 İyun 2023 Kamaləddin Qafarov: “ Namərd hücumu qətiyyətlə pisləyirik!”
06 Fevral 2023 Macarıstanla strateji tərəfdaşlıq möhkəmlənir
05 Yanvar 2023 Minimum əmək pensiyasının məbləği 280 manata çatacaq
30 Dekabr 2022 Vergi Məcəlləsində dəyişikliklər edildi
26 Dekabr 2022 47 ticarət müəssisəsində pozuntular aşkarlandı
09 Dekabr 2022 Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib
05 Dekabr 2022 Baş Nazir ƏDV-dən azad olunan texnikaların siyahısını təsdiq etdi
16 Noyabr 2022 Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər
04 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 12 milyon manat ayırdı
03 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı
19 Oktyabr 2022 Şükürbəyli-Cəbrayıl yolu AÇILDI
17 Oktyabr 2022 Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli – TƏHLİL
19 Sentyabr 2022 ELM VƏ TƏHSİL POTENSİALININ İNKİŞAFINA DƏSTƏK MƏQSƏDİLƏ YENİ LAYİHƏYƏ START VERİLDİ.
12 Sentyabr 2022 Ötən il mehmanxanalarda 1 milyona yaxın qonaq yerləşdirilib
31 Avqust 2022 Neftimizin qiyməti 102 dolları ÖTDÜ
26 Avqust 2022 “Azərenerji” Laçın şəhərində, Zabux və Sus kəndlərində fəaliyyətə başladı - Video
24 Avqust 2022 Nazirlər Kabineti "Aİ-92" benzinilə bağlı qərarı dəyişdi
11 Avqust 2022 Bakıda beynəlxalq taxıl ticarət konfransı keçiriləcək
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov