Xəbər lenti


 

Azərbaycanda satılan siqaretlərin qiyməti qalxıb.

Bizimaz.az-ın məlumatına görə, qiyməti iki manata qədər olan siqaretlərin hər bir qutusunda 20 qəpik, iki manatdan baha olan siqaretlərdə 30 qəpik artım qeydə alınıb.

“Japan Tobacco İnternational”dan saytımıza bildirilib ki, siqaretin qiymətinin qalxması aksiz vergisi ilə bağlıdır:

“2019-cu ildən başlayaraq, tütün və tütün məmulatlarına qoyulan aksiz vergisi qalxıb. Yanvarın 1-dən yerli istehsal olan siqaretlərin hər 1000 ədədinin aksiz dərəcəsi 12 manatdan 20 manata qədər artırılıb. Eyni zamanda, fevralın 8-dən idxal olunan siqaretlərin hər 1000 ədədinin aksiz dərəcəsi 12 manatdan 28 manata qədər artıb”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov