Gürcüstan hökuməti ilin sonuna qədər Qara dənizdə neft-qaz resurslarının istismarı ilə bağlı hərrac elan edəcək.
Bizimaz.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Gürcüstan İqtisadiyyat naziri Georgi Kobuliya deyib.
“ABŞ-ın “Ekson” şirkəti Qara dənizin potensialının tədqiqatını aparır. İlin sonunda bu başa çatacaq və biz Qara dənizin neft və qaz resurslarının istismarıyla bağlı hərrac elan edəcəyik”, – deyə o bildirib.
Kobuliya həmçinin ABŞ-ın “Sçlumberger” şirkətinin Gürcüstanda qaz hasilatı imkanlarını tədqiq etdiyini və bir sıra pozitiv nəticələr əldə etdiyini deyib.
Qeyd edək ki. Gürcüstan keçən il 30 min ton neft və 16,5 milyon kubmetr qaz hasil edib. Ölkənin illik neftə olan tələbatı 1,2 milyon ton, qaza olan tələbatı isə 2,5 milyard kub metr təşkil edir.