Xəbər lenti

Fərman kifayət qədər pozitivdir. Çünki uzun müddətdir gözlənilən problemin həllinə hədəflənib.

 

Bizimaz.az :Bu sözləri  açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, son həftələrə qədər problemli kreditlərlə bağlı bu fərmanının imzalanması gözlənilmirdi:

“Ona görə də belə bir fərmanın təsdiqlənməsi bank sektoru və fiziki şəxslərin maliyyə yükünün azaldılması üçün olduqca əhəmiyyətlidir. Təsdiqlənən fərmandan görünən odur ki, güzəştlər faktiki olaraq, heç bir ayrı-seçkilik olmadan xarici valyutada olan kreditlərə tətbiq olunacaq. Burada əsas məqsəd devalvasiyanın formalaşdırdığı maliyyə yükünün kompensasiyasıdır”.

İqtisadçı vurğulayıb ki, fərmanın birinci bəndindən də göründüyü kimi, bu, 10 min ABŞ dollarına qədər kreditlərə tətbiq olunacaq:

“Əgər kredit 2015-ci il ərzində bağlanıb qurtarıbsa, o zaman həmin kreditlərin hər dolları üçün 0,25 manat vəsait dövlət tərəfindən vətəndaşın özünə ödəniləcək. Çünki 2015-ci ilin dekabrına qədər bağlanan kreditlər sadəcə bu zərəri görüb. Həmin vaxt məzənnə 1,05 səviyyəsində idi. Amma əgər kredit 2013-2014-cü il, yəni 2015-ci ilin fevralın 21-nə qədər götürülüb, 2015-ci il dekabrın 21-nə qədər bağlanıb qurtarmayıbsa, ikinci devalvasiyanı da görübsə, o zaman həmin kreditlərə müvafiq dövrlər üzrə 0,85 manat (güzəştin ikisi də - 25 qəpik+60 qəpik) tətbiq olunacaq. Yəni 0,60 manat 2015-ci ilin dekabr aylarında baş verən devalvasiya üçün, eyni zamanda, burada 0,25 manat bundan əvvəlki dövr üçün tətbiq olunur. Bu kredit yükünü vətəndaş çəkibsə və krediti bağlayıbsa, onda həmin kompensasiya indi vətəndaşın özünə geri qaytarılacaq. Yəni konkret olaraq məqsəd devalvasiyada formalaşmış yükün aradan qaldırılmasına hesablanıb”.

İqtisadçı vurğulayıb ki, burada ilkin görünən ümumi güzəştin həcminin 700 milyona yaxın güzəştdir:

“Banklara və aidiyyəti qurumlara (Maliyyə bazarlarına Nəzarət Palatası) 45 gün zaman tanınıb ki, bu vaxt ərzində siyahı hazırlansın. 45 gün müddətində bu güzəştlərin hansı şəxslərə tətbiq olunacağı, nə qədər məbləğdə tətbiq olunacağı və s. bilinəcək. Amma ilkin qiymətləndirmələr artıq məlumdur və məhz bu baxımdan da sərəncamda qeyd olunur ki, banklara 682 milyon pul ayrılsın. Eyni zamanda orada 215 milyon da valyuta artımının kompensasiyası məqsədi ilə qiymətli kağızların təklif edilməsi nəzərdə tutulub”.

İqtisadçının sözlərinə görə, bu fərman vətəndaşların bu günə qədər üzləşdiyi problemin aradan qaldırılmasına gətirib çıxaracaq:

“Mən ümid edirəm ki, bu fərman kifayət qədər vətəndaşların rahatlamasına, həmçinin müəyyən qədər təşəbbüskarlığın artmasına gətirib çıxaracaq. Bu eyni zamanda onların rifahına da müsbət təsir göstərəcək. Çünki bir sıra vətəndaşlar var idi ki, həqiqətən də kreditləri ödəmək üçün çox çətinlik çəkirdi”.

02 Aprel 2024 "Piramida Reklam” MMC “İSO 9001:2020” sertifikatı ilə təltif olundu
30 İyul 2023 SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş keçirildi
29 İyun 2023 Kamaləddin Qafarov: “ Namərd hücumu qətiyyətlə pisləyirik!”
06 Fevral 2023 Macarıstanla strateji tərəfdaşlıq möhkəmlənir
05 Yanvar 2023 Minimum əmək pensiyasının məbləği 280 manata çatacaq
30 Dekabr 2022 Vergi Məcəlləsində dəyişikliklər edildi
26 Dekabr 2022 47 ticarət müəssisəsində pozuntular aşkarlandı
09 Dekabr 2022 Parlament gələn il üçün yaşayış minimumunu qəbul edib
05 Dekabr 2022 Baş Nazir ƏDV-dən azad olunan texnikaların siyahısını təsdiq etdi
16 Noyabr 2022 Azərbaycanda büdcə ili aprelin 1-də başlaya bilər
04 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 12 milyon manat ayırdı
03 Noyabr 2022 İlham Əliyev dövlət agentliyinə 4,4 milyon manat ayırdı
19 Oktyabr 2022 Şükürbəyli-Cəbrayıl yolu AÇILDI
17 Oktyabr 2022 Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli – TƏHLİL
19 Sentyabr 2022 ELM VƏ TƏHSİL POTENSİALININ İNKİŞAFINA DƏSTƏK MƏQSƏDİLƏ YENİ LAYİHƏYƏ START VERİLDİ.
12 Sentyabr 2022 Ötən il mehmanxanalarda 1 milyona yaxın qonaq yerləşdirilib
31 Avqust 2022 Neftimizin qiyməti 102 dolları ÖTDÜ
26 Avqust 2022 “Azərenerji” Laçın şəhərində, Zabux və Sus kəndlərində fəaliyyətə başladı - Video
24 Avqust 2022 Nazirlər Kabineti "Aİ-92" benzinilə bağlı qərarı dəyişdi
11 Avqust 2022 Bakıda beynəlxalq taxıl ticarət konfransı keçiriləcək
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov