Böyükşor gölündə ümumi gücü 100 kVt təşkil edən üzən günəş stansiyasının tikintisinə dair pilot layihə üzrə işlərə başlanması ilə bağlı ilk görüş keçirilib. Görüşdə layihə üzrə satınalınma müsabiqəsinin qalibi “Gamma Solutions” şirkətinin layihə ilə bağlı iş prinsipləri, səfərbər etdiyi işçi heyəti, layihənin icra qrafiki təqdim edilib və görüləcək işlər barədə müzakirələr aparılıb.