Xəbər lenti

Yanvar ayının 1-dən etibarən maaşınızdan pul tutulacaq - RƏSMİ
 

2020-ci ilin yanvar ayından etibarən Naxçıvan Muxtar Respublikasında və ölkənin 23 şəhər və rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmış və 2021-ci ilin yanvar ayından etibarən mərhələlərlə ölkənin digər 36 şəhər və rayonunda, 2021-ci ilin aprel ayından isə qalan 7 şəhər və rayonunda yəni ölkənin bütün ərazisində icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulur.

Ardını oxu...



Azərbaycan və Ukrayna arasında turizm üzrə əməkdaşlıq genişləndiriləcək.

Dövlət Turizm Agentliyindən verilən məlumata əsasən, turizm sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna işçi qrupunun ilk iclası keçirilib.

İclasda Azərbaycan və Ukraynanın şəhərləri arasında birbaşa aviauçuşların təşkili, müəyyən şəhərlər və regionlar arasında əməkdaşlığın artırılması, xüsusilə sağlamlıq turizmi üzrə əməkdaşlıq edilməsi, Bakıda ilk Azərbaycan-Ukrayna turizm forumunun təşkili, sərgilərdə qarşılıqlı iştirak, marketinq tədbirlərinin keçirilməsi, pandemiyadan sonrakı dövrdə turizmin bərpası məqsədilə mümkün birgə tədbirlər barəsində müzakirələr aparılıb.

İclasda çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan və Ukrayna arasında mövcud olan dostluq münasibətlərinin turizm sahəsinə təsirindən danışıb.

O, 30 illik işğaldan sonra Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı qələbəsi və Qarabağın azad olunması barəsində məlumat verərək, hər zaman ölkəmizə dəstəyini ifadə edən Ukraynaya təşəkkürünü bildirib.

Onlayn təşkil olunan iclasda Ukrayna tərəfdən nümayəndə heyətinin rəhbəri, Ukrayna mədəniyyət və informasiya siyasəti nazirinin müavini Larisa Petasyuk çıxış edərək öz növbəsində Azərbaycan və Ukrayna arasında turizm əlaqələrinin inkişafının vacibliyini qeyd edib.

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov