“Bu gün “Azərlotereya”nın Türkiyənin “Demirören Holding” şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalandı”.
Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında məlumat verib.
O bildirib ki, yeni əməkdaşlıq platforması Azərbaycanda oyun sənayesinin inkişafına, yeni investisiyanın cəlb edilməsinə və büdcə gəlirlərinin artmasına əlavə imkan yaradacaq.