Azərbaycanda “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat üzrə alt İşçi Qrup yaradılıb.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, İşçi Qrupun tərkibi aşağıdakı kimidir:
İşçi Qrupun rəhbəri
İqtisadiyyat naziri
İşçi Qrupun üzvləri:
İqtisadiyyat nazirinin müavini
Maliyyə nazirinin müavini
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini
Mərkəzi Bankın sədrinin müavini
Kənd Təsərrüfatı nazirinin müavini
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini
Energetika nazirinin müavini
Dövlət Gömrük Komitəsi sədrinin müavini
Dövlət Statistika Komitəsi sədrinin müavini
Dövlət Turizm Agentliyi sədrinin müavini
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini.
Həmçinin strategiyanın hazırlanması məqsədilə makroiqtisadi dayanıqlılıq üzrə alt İşçi Qrup yaradılıb. Onun isə tərkibi aşağıdakı kimidir:
İşçi Qrupun rəhbəri
Mərkəzi Bankının sədri
İşçi Qrupun üzvləri:
Maliyyə nazirinin müavini
İqtisadiyyat nazirinin müavini
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini
Dövlət Neft Fondunun icraçı direktorunun müavini
Dövlət Gömrük Komitəsi sədrinin müavini
Dövlət Statistika Komitəsi sədrinin müavini
Bundan başqa, aşağıdakı tərkibdə Strategiyanın hazırlanması məqsədilə dayanıqlı dövlət borcu və büdcə sabitliyini təmin edən Makro-Fiskal Çərçivə üzrə alt İşçi Qrup yaradılıb.
İşçi Qrupun rəhbəri
Maliyyə naziri
İşçi Qrupun üzvləri:
Maliyyə nazirinin müavini
İqtisadiyyat nazirinin müavini
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini
Mərkəzi Bankın sədrinin müavini
Dövlət Neft Fondunun icraçı direktorunun müavini
Dövlət Gömrük Komitəsi sədrinin müavini
Dövlət Statistika Komitəsi sədrinin müavini
Xatırladaq ki, Baş nazir Əli Əsədov “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” ölkə Prezidentinin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə verilmiş tapşırıqların və uyğun olaraq qarşıda duran məsələlərin icrasının təmin edilməsi haqda sərəncam imzalayıb. “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın 5 prioritet istiqamət üzrə fəaliyyət göstərəcək 10 alt işçi qrupu yaradılıb və onlara müvafiq tapşırıqlar verilib.