Bu gün saat 05:40 radələrində “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası zamanı əsgər Qarayev Eltun Elman oğlu odlu silahdan açılmış atəş nəticəsində yaralanıb, dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb. Xarici İşlər Nazirliyi insidentlə bağlı açıqlama verərək hərbçimizin düşmən atəşi nəticəsində şəhid edildiyini açıqlayıb.