Bu gün Ermənistan mətbuatında Azərbaycan-Ermənistan döv­lət sərhədinin Qazax rayonu istiqamətində Azərbaycan tərəfinin diversi­ya keçirməsi və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 1 nəfər hərbi qul­luq­çusunun yaralanması barədə məlumatlar yayılıb.

 

Bizimaz.az bildirir ki, Dövlət Sərhəd Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, DSX-nin hərbi qulluqçuları tərəfindən diversiya keçiril­məsi barədə məlumat həqiqətə uyğun deyildir və real­lığı əks etdirmir:

"Mart ayının 6-da səhər saatlarından başlamaqla Qazax ra­yo­nunun Cəfərli kəndləri istiqamətindəki sərhəd döyüş məntə­qələrimiz ER-nın İcevan rayonunun Sevkar və Sarıquyuq kəndləri yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfin­dən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən intensiv atəşə tutul­ub.

Düşmən təxribatının qarşısı alınmış, sərhəd döyüş məntəqə­ləri­mi­zə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə susdurulub".