Xəbər lenti

 

Ötən gün düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu bu gün Cəlilabad rayonunda dəfn edilib. 

 

Bizimaz.az  xəbər verir ki, mərasimə şəhidin yaxınları, rayon ictimaiyyəti, DSX rəsmiləri və rayon əhalisi qatılıb. 

 

Ötən gün düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu bu gün Cəlilabad rayonunda dəfn ediləcək. 

Oxu.Az xəbər verir ki, hazırda şəhidlə ailəsinin yaşadığı Cəlilabad rayonunun Cəfərxanlı kəndində vida mərasimi keçirilir. 

Mərasimdən sonra şəhid kənd qəbiristanlığında torpağa tapşırılacaq. 

Qeyd edək ki, martın 5-də saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub. 

Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb. Əsgər dərhal Qazax rayonunun Diaqnostika Mərkəzinə təxliyyə edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 

O.Paşazadə Naxçıvan Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisası üzrə ali təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanmışdı.

istinad

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov