Bakıda əcnəbi tələbə döyülüb.
Bizimaz.az "open.az”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Molla Cümə küçəsi 1965-ci məhəllədə qeydə alınıb.
Azərbaycan Tibb Universitetinin 2 kurs tələbəsi, Rusiya vətəndaşı, 1979-cu il təvəllüdlü Aqaniviç Aleksandra İqirna noybarın 27-dən 28-ə keçən gecə saat 03 radələrində küçədə döyülüb. O, döyülməsi ilə bağlı Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə ərizə ilə şikayət edib.
Tələbə qız şikayət ərizəsində Sumqayıt şəhər sakini, 2001-ci il təvəllüdlü Nicat Fərxəliyev tərəfindən döyüldüyünü bildirib.
Faktla bağlı araşdırma başlanılıb.