Ötən gün Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat-istintaq idarəsində araşdırma aparılır.
Bizimaz.az bildirir ki, bu barədə "report"un sorğusuna cavab olaraq FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisənin baş vermə səbəbinin və dəymiş ziyanın müəyyən olunması üçün müvafiq ekspertizalar təyin edilib.
Hazırda araşdırma davam etdirilir.
Xatırladaq ki, avqustun 3-də Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış qeydə alınıb. İlkin ehtimala görə, beşmərtəbəli binanın üçüncü blokunun üçüncü mərtəbəsində yerləşən mənzildə qaz sızması nəticəsində baş verib.
Hadisə nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. FHN-in əməkdaşları tərəfindən bina sakinləri təxliyə edilərək hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.