“Bolt” və “Uber” taksi şirkətləri ilə bağlı daxil olan müraciətlərin sayı çoxalıb”.
Bunu “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 400-dən artıq taksi sürücüsünə neqativ fəaliyyəti ilə bağlı cinayət və inzibati xəta tərkibi yaradan əməllərə bağlı müvafiq tədbirlər görülüb:
“Bu istiqamətdə müvafiq tədbirlər davam etdirilir. Əsas diqqət ona yönəlib ki, nəqliyyat təsərrüfatında taksilərlə bağlı vətəndaş məmnunluğu təmin edilsin. Aidiyyəti dövlət qurumları ilə birgə kompleks işlər davam etdirilir”.